Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynada keçiriləcək prezident seçkisi legitimliyinin tanınması ilə bağlı Krmelin şərtini açıqlayıb.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, mətbuat katibi bildirib: “Əgər Ukraynanın şərqindəki federallaşma tərəfdarları Vladimir Putinin çağırışını eşidib, mayın 11-də keçirmək istədikləri referendumu təxirə salarsa, Kiyev öz növbəsində hərbi əməliyyatları dayandırıb, danışıqlara başlayarsa, o zaman Ukrayna ağırlaşmaqda olan vəziyyətdən çıxa bilər”.
Kreml məmurunun sözlərinə görə, hazırda Moskva Kiyevlə danışıqlar aparmır, referendumun keçirilməsinin təxirə salınması ilə Putinin təklifi isə «Kiyevə sarı deyil, bütün Ukrayna xalqına doğru addımdır».