Prezidentə etiraz olaraq otelə hücum etdi
30 sentyabr 2014 11:12 (UTC +04:00)

Prezidentə etiraz olaraq otelə hücum etdi

Braziliyada keçiriləcək seçkilər ərəfəsində Dilma Roussefin yenidən prezident seçilməsinə qarşı çıxan bir nəfər paytaxtdakı otellərdən birinə hücum edib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, silahlı şəxs otelə basqın edərək işçilərdən birini girov götürüb.

Əlində tapança silahı olan şəxs girov götürdüyü işçini otelin 13-cü mərtəbəsinə qaldırıb və oradan qışqıraraq üzərində partlayıcının olduğunu bildirib. Polis dərhal oteli boşaldıb və ətrafdakı binalara snayperlər yerləşdirilib. Yeddi saat aparılan danışıqlardan sonra girov sərbəst buraxılıb.

Cinayəti törədən şəxs həbs edilib. Onun əlindəki silahın oyuncaq olduğu üzə çıxıb.

Polis idarəsində izahat verən və adının Santos olduğu müəyyənləşən şəxs ölkə başçısı Dilma Roussefin yenidən prezident seçilməsinə etiraz etdiyi üçün bu addımı atdığını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1040

Oxşar yazılar