Prezident onu bütün imtiyazlardan məhrum etdi
05 avqust 2014 10:20 (UTC +04:00)

Prezident onu bütün imtiyazlardan məhrum etdi

Ukrayna prezidenti Pyotr Poroşenko yüksək vəzifələrdə çalışmış məmurların maddi təminatı və mühafizəsi haqqında 1992-2010-cu illərdə imzalanmış prezident sərəncamlarının tətbiqini ləğv edib.

 

APA-nın “UNN”ə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

 

Belə ki, fərman 1992-2010-cu illərdə baş nazir vəzifəsində çalışmış Yevgeni Marçuk, Pavel Lazarenko, Viktor Yuşenko, Nikolay Azarov, Viktor Yanukoviçi əhatə edib.  

 

Fərmana əsasən, Ali Radanın keçmiş sədri Vladimir Litvin də bütün imtiyazlardan məhrum edilib.  

 

Fərman onlarla digər sabiq məmurları imtiyazlardan məhrum edib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3762
avatar

Oxşar yazılar