Prezident daha 4 səfirin etimadnaməsini qəbul edib
28 mart 2015 18:42 (UTC +04:00)

Prezident daha 4 səfirin etimadnaməsini qəbul edib

Prezidenti İlham Əliyev martın 28-də daha 4 ölkənin ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb. Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, dövlət başçısı İrlandiyadan Brendan Uardın, Ekvadordan Humberto Vinueza Rodriqezin, Perudan Xorke Abarka del Karpionun və Uruqvay Şərq Respublikasından öllkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Anibal Kabral Seqalerbanın etimadnamələrini qəbul edib.

 

Səfirlər fəxri qarovul dəstəsinin qarşısından keçib, etimadnaməsini dövlət başçısına təqdim ediblər.
 

Sonra prezident İlham Əliyev səfirlərlə söhbət edib. Səfirlər paytaxtımızda gedən sürətli inkişaf proseslərinin şahidi olduqlarını, ölkələrinin Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərildiyini vurğulayıblar.
 

Görüşdə Azərbaycan ilə İrlandiya, Ekvador, Peru və Uruqvay arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən sərmayə qoyuluşu, biznes, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216
avatar

Oxşar yazılar