Portuqaliyanın Azor adaları yaxınlığında 4,8 bal gücündə zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, zəlzələnin episentri Ribeyri-Qrandi şəhərindən 39 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.