Poroşenkoya sui-qəsd planlaşdıran diversiya qruplarının qarşısı alınıb
09 iyul 2014 11:17 (UTC +04:00)

Poroşenkoya sui-qəsd planlaşdıran diversiya qruplarının qarşısı alınıb

0

Ukraynanın şərqində prezident Petro Poroşenkoya qarşı sui-qəsdin qarşısı alınıb. APA-nın xəbərinə görə, bu barədə prezidentin mətbuat katibi Svyatoslav Tseqolko özünün “Facebook” səhifəsində məlumat verib.


 

S. Tseqolko bildirib ki, iyulun 8-də dövlət başçısının separatçılardan azad edilmiş Slavyansk şəhərinə səfərindən bir qədər əvvəl iki diversiya qrupu aşkarlanaraq zərərsizləşdirilib. Mətbuat katibi prezidentin adından aşağıdakı açıqlamanı verib: “Slavyansk şəhərinə gəlişimdən 40 dəqiqə əvvəl terror aktı planlaşdırılan iki diversiya qrupu aşkarlanıb. Onların hamısı saxlanılıb”.

 

Hələlik əməliyyatın detalları haqda əlavə məlumat verilmir.

 

Xatırladaq ki, P. Poroşenko iyulun 8-də Slavyansk şəhərinə gedib və yerli sakinlər, eləcə də hərbçilərlə görüşüb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1170

Oxşar yazılar