Mayın 25-də Ukraynada keçirilən prezident seçkisinin qalibi Pyotr Poroşenko iyunun 7- də prezident andı içəcək.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, tədbirlə bağlı təfərrüatlar bir müddət sonra açıqlanacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin tədbirə P.Poroşenkodan dəvət almayıb.
Xatırladaq ki, səsvermə bülletenlərinin hamısı sayılıb. Yekun nəticəyə əsasən, P.Poroşenko 54,7 faiz səs toplayıb. İkinci yeri 12,81 faizlə Yuliya Timoşenko tutub. Sonrakı yerdə isə 8,32 faiz səslə Oleq Lyaşko gəlir.