Poroşenkodan oliqarxlara sərt bəyanat
31 may 2015 01:46 (UTC +04:00)

Poroşenkodan oliqarxlara sərt bəyanat

Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynada bundan sonra oliqarxların olmayacağını bəyan edib.

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Pyotr Poroşenko bunu Odessaya səfəri çərçivəsində çıxışı zamanı deyib.

 

“Ukraynada bundan sonra heç bir oliqarx olmayacaq. Oliqarxlar orta təbəqədən daha çox ödənişlər etməlidir”, deyə Poroşenko qeyd edib.  

 

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Odessa Vilayət Dövlət Administrasiyasının başçısı təyin olunması haqqında fərman imzalayıb. Ötən gün  Poroşenko Odessada Mixail Saakaşvilini ictimaiyyətə  vilayətinin yeni başçısı kimi təqdim edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 103
avatar

Oxşar yazılar