Bu gün Kiyevdə Ukrayna prezidenti Petro Poroşenko ilə Almaniya kansleri Angela Merkelin görüşü keçirilib. Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna dövlət başçısının rəsmi saytı məlumat yayıb. Görüş zamanı P.Poroşenko A.Merkeli Ukraynanı “dostu və güclü müfadiəçisi” adlandırıb.
Daha sonra P.Poroşenko son iki ay ərzində A.Merkellə ən azı 20 dəfə təmasda olduğunu qeyd edib: “Almaniya Ukraynaya öz maraqlarını qorumaq üçün çox kömək etdi”. P.Poroşenko A.Merkelin Ukraynaya ölkənin dövlət bayrağı və müstəqillik günləri ərəfəsində səfər etməsinə də diqqət çəkib.
A.Merkel də öz növbəsində Almaniyanın Ukraynaya dəstək verəcəyini ifadə edib.