Poroşenko Yanukoviç barədə qiyabi məhkəmənin keçirilməsinə dair qanun imzaladı
21 oktyabr 2014 20:50 (UTC +04:00)

Poroşenko Yanukoviç barədə qiyabi məhkəmənin keçirilməsinə dair qanun imzaladı

0

Ukrayna prezidenti Pyotr Poroşenko sabiq dövlət başçısı Viktor Yanukoviçin barəsində qiyabi məhkəmə keçirilməsinə dair qanun imzalayıb.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu Ukrayna lideri özünün Twitter səhifəsində yazıb.

 

“Yanukoviç barəsində qiyabi məhkəmənin keçirilməsini mümkün edən qanun imzaladım”, məlumatda deyilir.

 

Yanukoviçə qarşı vəzifədən sui-istifadə maddəsi ilə cinayət işi qaldırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 498

Oxşar yazılar