Poroşenko Rusiya hərbçilərinin münaqişədə iştirakını sübut etdi
08 fevral 2015 07:48 (UTC +04:00)

Poroşenko Rusiya hərbçilərinin münaqişədə iştirakını sübut etdi

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya hərbçilərinin Donbasdakı münaqişədə  iştirakını təsdiqləyən dəlilləri dünya liderlərinə təqdim edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiya hərbçilərinin pasport və hərbi biletlərini forum iştirakçılarına nümayiş etdirib.  

 

“Mən Ukraynaya gələn Rusiya əsgərlərinin, zabitlərinin pasport və hərbi biletlərini özümlə gətirmişəm. Düşünürəm ki, bu Rusiyanın təcavüzkarlığının və Rusiya qoşunlarının Ukraynada iştirakının ən tutarlı sübutudur” deyə Poroşenko qeyd edib.

 

 Ukraynanın baş naziri Arseni Yatsenyuk, öz növbəsində, həmçinin ölkə ərazisində Rusiyanın nizami qoşunlarının olduğunu bəyan edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 137
avatar

Oxşar yazılar