Poroşenko Putinlə İtaliyada görüşəcək
0
0
Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putinlə İtaliyada keçiriləcək ASEM (Asia-Europe Meeting) sammitində görüşəcəyini bildirib.
“Altı gündən sonra mənim Rusiya prezidenti Vladimir Putinlə görüşüm olacaq. Görüş Avropa ölkələri liderlərinin (Almaniyanın kansleri, İtaliyanın baş naziri, Böyük Britaniyanın baş naziri, Aİ liderləri) iştirakı ilə baş tutacaq”, deyə Ukrayna prezidenti bildirib.
Qeyd edək ki, ASEM sammiti 16-17 oktyabr tarixində Milanda keçiriləcək.
0
0