Ukrayna prezidenti Pyotr Poroşenko onu müşayiət edən nümayəndə heyəti ilə birgə Gömrük İttifaqı-Ukrayna-AB formatında danışıqların keçirildiyi Müstəqillik Sarayını tərk edib
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, üçtərəfli formatda keçirilən danışıqlardan sonra Rusiya və Ukrayna prezidentləri arasında görüş baş tutub.
Görüşün təfərrüatları hələlik açıqlanmır.
Ukrayna nümayəndə heyətindən verilən məlumata görə, Poroşenko Ukrayna mətbuatının nümayəndələri ilə birlikdə ölkənin Minskdəki səfirliyinə yollanıb.
“UNİAN”ın məlumatına görə, prezidentlərin görüşünün detalları hələlik açıqlanmır. Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko danışıqların yekunlarını şərh etməkdən imtina edib və qeyd edib ki, avqustun 27-də danışıqların davam etdirilməyəcək.
“Biz Kiyevə qayıdırıq”, deyə Ukrayna prezidentinin mətbuat katibi bildirib.