Poroşenko Minskdə sülhdən danışacaq
22 avqust 2014 04:16 (UTC +04:00)

Poroşenko Minskdə sülhdən danışacaq

Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, Minskdə keçiriləcək görüşdə  ölkənin şərqində sülhə nail olmaq üçün danışıqlar aparmaq niyyətindədir 

 

Lent.az məlumatına görə, APA  “BBC”-yə istinadən verdiyi xəbərə əsasən, Poroşenko ötən gün Nikolayev şəhərində çıxışı zamanı AB-nin üç nümayəndəsi ilə birlikdə Minskə sülh barədə danışıqlar aparmaq üçün səfər edəcəyini qeyd edib.  

 

Poroşenkonun sözlərinə görə, o, görüşdə Rusiya yönümlü silahlıların Ukraynadan çıxarılmasını tələb edəcək. “Ukrayna sülh istəyir, bütün dünya artıq münaqişələrdən yorulub”, deyə o bildirib.   

 

Qeyd edək ki, avqustun 26-da Ukrayna, Rusiya, Belarus, Qazaxıstan prezidentləri və AB nümayəndələrinin görüşü keçiriləcək.  

 

Tədbir çərçivəsində Pyotr Poroşenkonun Rusiya prezidenti Vladimir Putin ilə təkbətək görüşü gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 671
avatar

Oxşar yazılar