Ukrayna prezidenti Pyotr Poroşenko parlamentdə mövqeyini möhkəmləndirmək üçün yeni siyasi layihələrə önəm vermək niyyətindədir.
Lent.az-ın “UNN” agentliyinə istinadən məlumatına görə, bunu Ukrayna prezidentinə yaxın mənbə bildirib.
Poroşenko 90-cı illərdə ölkədə aparıcı mövqedə olan Ukrayna Liberal Partiyasını böyük siyasətə qaytarmağa planlaşdırır.
Mənbə bildirib ki, artıq 10-a yaxın Ali Rada üzvü partiyaya qatılmağa razılıq verib. Liberalların qurultayının isə artıq bu həftə keçiriləcəyi nəzərdə tutulub.