Poroşenko ilə Putin Milanda görüşəcəklər
16 oktyabr 2014 00:13 (UTC +04:00)

Poroşenko ilə Putin Milanda görüşəcəklər

0

Ukraynanın dövlət başçısı Pyotr Poroşenko və Rusiyanın prezidenti Vladimir Putin oktyabrın 17-də Italiyada, “Asiya-Avropa” (ASEM) sammiti çərçivəsində görüşəcəklər.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın baş naziri Matteo Rentsi bildirib.

 

Onun sözlərinə görə, Milanda baş tutan danışıqlarda həmçinin Almaniyanın kansleri Anqela Merkel, Fransa prezidenti Fransua Olland, Böyük Britaniyanın baş naziri Devid Kemeron və digər dövlətləri təmsil edən yüksək rütbəli şəxslər iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 789

Oxşar yazılar