Poroşenko ilə Putin danışıqlara başlamaq haqda razılıq əldə edib
06 iyun 2014 23:14 (UTC +04:00)

Poroşenko ilə Putin danışıqlara başlamaq haqda razılıq əldə edib

0

Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putinlə Ukraynanın şərqindəki vəziyyətin dinc yolla tənzimlənməsi üçün Kremlin Kiyevə təmsilçi göndərməsini müzakirə etdiklərini bildirib.

 

Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, tərəflər bu məsələdə razılıq əldə edib.

 

Poroşenkonun sözlərinə görə, danışıqlar iyunun 8-də başlayacaq.

 

Ukraynanın yeni lideri Krımın geri qaytarılması ilə bağlı da məsələni də Putinin diqqətinə çatdırdığını söyləyib.

 

Onun sözlərinə görə, danışıqlar çox gərgin keçib: “Ancaq danışıqların başlaması yaxşı haldır”.

 

O, qeyd edib ki, yaxın zamanda Rusiya Ukraynada prezident seçkisinin nəticələrinin tanınması barədə rəsmi açıqlama verəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 653

Oxşar yazılar