Poroşenko almanları Rusiya qazını boykot etməyə çağırıb
04 aprel 2014 03:10 (UTC +04:00)

Poroşenko almanları Rusiya qazını boykot etməyə çağırıb

Ukrayna prezidentliyinə namizəd Pyotr Poroşenko Almaniyanı Rusiyanın təbii qazından imtina etməyə çağırıb.

 

Lent.az-ın “gazeta.ru”-ya istinadən məlumatına görə, o, Almaniyada çıxan “Die Bild” qəzetinə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, Rusiyanın təbii qazını boykot etmək, iqtisadi cəhətdən “Rusiyanı diz çökdürmək” deməkdir.

 

Prezidentliyə namizədin qənaətincə, Almaniya və Avropa eyni zamanda alternativ enerji təchizatından istifadə edə bilər.

 

Xatırladaq ki, bir müddət  öncə “Qazprom”-un başçısı Aleksey Miller Rusiyanın baş naziri Dmitri Medveevlə görüşdə bəyan edib ki, 2014-cü ilin aprelindən Ukraynaya min kub metr qazı 485,5 dollardan satacaqlar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 497
avatar

Oxşar yazılar