Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radanın səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərar verib
Lent.az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Twitter “ səhifəsində prezidentin mətbuat katibi Svyatoslav Tseqolko məlumat yayıb.
“Prezident Ali Radanın səlahiyyətlərini vaxtından əvvəl dayandırıb, çünki bu yeganə düzgün və məsuliyyətli qərardır”, deyə o qeyd edib.
Mətbuat katibinin sözlərinə görə, Pyotr Poroşenko demokratik siyasi qüvvələri seçkilərə vahid Ukrayna və Avropa meyilli komanda qismində getməyə çağırıb”.