Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ Konqresində çıxışı zamanı Amerikanı Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırıb. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Poroşenko çıxışında bu sözləri deyib: “Mən ABŞ-a müraciət edərək işğalçıya qarşı əlavə sanksiyalar tətbiq etməyi xahiş edirəm”.
Dövlət başçısı qeyd edib ki, ukraynalı vergiödəyicilər amerikalı vergiödəyicilər kimi yalnız sülh istəyirlər.
Qeyd edək ki, Ukrayna prezidenti ABŞ Konqresində güclü alqışlarla qarşılanıb. Poroşenko konqresmenləri salamlayaraq qeyd edib ki, “Ukraynanın məhz hazırda bütün dünyanın birliyi və həmrəyliyinə ehtiyacı var!”.