Donbasdakı vəziyyətə baxmayaraq Ukrayna makroiqtisadi sabitliyə nail olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.
“Müharibənin mənfi təsirlərinə baxmayaraq, biz makroiqtisadi sabitliyə nail ola bilmişik, milli valyutanın devalvasiyasını saxlamışıq və bank sistemini gücləndirmişik”, deyə Poroşenko bildirib.
O əlavə edib ki, 6 kvartal davam edən tənəzzüldən sonra iqtisadi artımın ilk göstəriciləri qeydə alınıb.