"Vladimir Putin bu gün Rusiya hərbçilərinin Donbasda mövcudluğunu ilk dəfə olaraq açıq təsdiqləyib".
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko bu gün NATO-nun baş katibi ilə Yens Stoltenberq ilə brifinqdə qeyd edib.
Qeyd edək ki, Vladimir Putin Ukraynanın şərqində Rusiya hərbçilərinin mövcudluğu məsələsinə ukraynalı jurnalistin sualına cavabında toxunub. “Biz heç vaxt deməmişik ki, Ukrayna ərazisində müəyyən hərbi məsələləri həll edən adamlarımız yoxdur. Lakin bu, o demək deyil ki, orada nizamlı Rusiya ordusu var”, deyə Putin bildirib.
NATO-nun baş katibi də, P. Poroşenkonun dediklərini təkrarlayıb və Alyansın bu iddiaları söyləyərkən KİV və QHT-lər kimi açıq mənbələrə əsaslandığını vurğulayıb.