Kiyevdə Ukrayna prezidenti Pyotr Poroşenko, onun fransalı həmkarı Fransua Olland və Almanniya kansleri Angela Merkel arasında geniş formatlı görüş başa çatıb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, hazırda təkbətək danışıqlar davam edir.
Məlumata görə, nümayəndə heyətləri danışıqlar keçirilən məkanı hələ tərk etməyiblər.
Bundan əvvəl Pyotr Poroşenko danışıqların nəticəsi kimi atəşkəsin bərqərar olmasına ümid etdiyini bildirib.
Məlumata görə, “Merkel-Olland planı” Donbasdan ağır texnikanın çıxarılmasını, əsirlərin mübadiləsini və bölgəyə muxtariyyət verilməsini nəzərdə tutur.