Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynanın federallaşması məsələsini referenduma çıxarmağa hazırdır. Bu barədə APA “RİA Novosti”-yə istinadən xəbər verir.
“Mən federallaşma məsələsini, dövlət dili məsələsini referenduma çıxarmağa hazıram. Və mən nəticəni bilirəm”, deyə o bildirib.
Bundan əvvəl bildirilmişdi ki, Poroşenko, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel Kiyevdə keçirilmiş danışıqlar zamanı Ukraynanın federallaşması məsələsini müzakirə etməyib.