Poroşenko: “Ukrayna dilində anlamayanlarla hərbi güc dilində danışmalıyıq”
09 may 2014 09:50 (UTC +04:00)

Poroşenko: “Ukrayna dilində anlamayanlarla hərbi güc dilində danışmalıyıq”

 
Ukraynanın Mariupol şəhərində Rusiya tərəfdarı olan üsyançılarla polis arasında qarşıdurmalar olub. APA TV-nin məlumatına görə, Ukrayna ordusu dövlət idarələrinin binalarını Rusiya tərəfdarlarının əlindən almaq üçün hərbi əməliyyat keçirib. Üsyançılardan geri alınan binalardan Ukrayna bayraqları asılıb. Ancaq ordu qüvvələrinin bu sevinci qısa müddətli olub. Təxminən iki saat sonra üsyançılarla ordu qüvvələri arasında baş verən qarşıdurma zamanı yenidən dövlət idarələrinə məxsus binalar Rusiya tərəfdarlarının əlinə keçib.
 
Prezidentliyə namizəd Pyotr Poroşenko ölkədəki vəziyyəti şərh edərkən zorakılıq törədənlərə qarşı zorakı dildə qarşılıq verməyi tələb edib: "Ukrayna, rus, alman və ya ingilis dilində anlamayanlarla onların öz dilində danışmaq lazımdır. Söhbət əllərində avtomat silahlarla insanları öldürənlərdən, terrorçulardan gedir. Biz onların dilini tapmalıyıq. Bu da hərbi güc dilidir" - deyə Poroşenko qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624
avatar

Oxşar yazılar