Ukraynanın yeni prezidenti Pyotr Porşenko Rusiya prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirib.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, “Vild” qəzetinə müsahibəsində o, deyib: “Gərginliyi aradan qaldırmaq və sülhə nail olmaq üçün Putinlə danışıqlar aparmağa hazırıq. Danışıqların keçiriləcəyi vaxt və yer hələlik müəyyənləşdirilməyib”.
Poroşekno qeyd edib ki, antihitlerçi koalisiyanın Normandiyaya qoşun yeritməsinin 70-ci ildönümü ilə bağlı keçiriləcək tədbirə Fransa prezidenti Fransua Olland tərəfindən dəvət edilib.
Prezident seçkisinin qalibi yaxın vaxtlarda başqa dövlətlərə də səfər etməyi planlaşdırdığını bildirib: “Artıq bir neçə ölkədən dəvət almışıq. Xaricə ilk səfərimiz Polşa olacaq”.