Poroşenko: “Münaqişəni dondurmaq yox, həll etmək lazımdır”
08 fevral 2015 05:28 (UTC +04:00)

Poroşenko: “Münaqişəni dondurmaq yox, həll etmək lazımdır”

Ukraynanın şərqində sülhməramlı əməliyyat yox, sülh olmalıdır. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Münhen Təhlükəsizlik Konfransında Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib.

 

“Bizə  sülhməramlı əməliyyat yox, sülh lazımdır. Bunun üçün sərhəd bağlanmalıdır. Belə olacağı təqdirdə sülh və sabitlik iki həftə ərzində təmin olunacaq və sülhməramlılara ehtiyac qalmayacaq”, deyə Poroşenko qeyd edib.

 

“Qərar təxirə salınmamalıdır. Münaqişəni dondurmaq yox, həll etmək lazımdır”, deyə Ukrayna rəhbəri qeyd edib.   

 

“Ukraynada sülhün bərpası bizim əsas vəzifəmizdir. Bunun üçün biz səylərimizi birləşdirməliyik”, deyə o qeyd edib.  

 

Ukrayna prezidenti əlavə edib ki, vəziyyəti yalnız Minsk memorandumu əsasında normallaşdırmaq mümkündür.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 210
avatar

Oxşar yazılar