Valensa: "Dünya Putinə nə vaxt kişi kimi cavab verəcək?"
06 aprel 2014 03:52 (UTC +04:00)

Valensa: "Dünya Putinə nə vaxt kişi kimi cavab verəcək?"

Polşanın keçmiş prezidenti, Nobel Mükafatı laureatı Lex Valensa “Rzeszpospolita” qəzetinə müsahibəsində Krımdakı hərəkəti ilə bağlı Rusiya prezidenti Vladimir Putinin Haaqa və ya başqa beynəlxalq məhkəməyə verilməsinin vacibliyini bildirib.

 

Lent.az-ın “gazeta.ru”-ya istinadən məlumatına görə, o, müsahibəsində deyib: “Mən gözləyirəm ki, dünya Putinə nə vaxt kişi kimi cavab verəcək. İndi hamı hansısa kombinasiyalardan istifadə edir”.

 

Onun sözlərinə görə, dünya Ukraynanın parçalanmasını qəbul etməməlidir: “Bunun yerinə Putinə özünü  XXI əsrə layiq aparmağa məcbur etməlidir. Norma və müqavilələri pozmaqla xalqlara təhlükə yaratmaq olmaz. Elə etmək lazımdır ki, hər kəs belə halda cəzalanacağını bilsin. Rusiyaya qarşı beynəlxalq komissiya təşkil edib, iddia qaldırıb, onu mühakimə etmək lazımdır».

 

O, əlavə edib ki, Kiyevdə Maydandakı qurbanlara və Ukraynanın ərazi bütövlüyünü itirdiyinə görə “Putini bağışlamaq olmaz”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1647
avatar

Oxşar yazılar