Polşanın baş nazirindən Putinə ittiham
19 dekabr 2014 00:17 (UTC +04:00)

Polşanın baş nazirindən Putinə ittiham

0

Polşanın baş naziri Eva Kopaç Rusiya prezidenti Vladimir Putinin  Avropanı bölməyə çalışdığını bildirib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Polşa radiosu” məlumat yayıb.

 

Kopaç qeyd edib ki, Putin “Ukraynadakı münaqişə Qərb dövlətlərinin günahı ucbatından baş verib” kimi bəyanatları ilə Avropa İttifaqını bölmək niyyətindədir.

 

“Biz bu Avropa Şurasında bir suala cavab verməliyik – Ukraynadakı vəziyyətə və Rusiya barəsində sanksiyalara dair Avropanın mövqeyi birdirmi?  Düşünürəm ki, sanksiya məsələsinə   dair bizim vahid mövqeyimiz var”, deyə Kopaç bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar