Polşada keçirilən prezident seçkilərinin nəticələri bəlli olub.
APA-nın verdiyi məlumata görə, bu barədə Polşanın dövlət seçki komissiyası açıqlama yayıb.
Belə ki, səsvermə protokollarının 100%-nin hesablanmasından müxalif “Qanun və ədalət” partiyasının namizədi Ancey Dudanın 34, 76%, hazırkı prezident Bronislav Komorovskinin isə 33, 77% səs yığdıqları məlum olub.
Namizədlərin hər ikisi mayın 24-də keçiriləcək seçkilərin ikinci turuna vəsiqə qazanıb.
Ümumilikdə seçkilərdə 11 namizəd prezidentlik kürsüsü uğrunda mübarizə aparıb.