Polşada əyri-üyrü  ticarət mərkəzi
23 iyun 2015 22:15 (UTC +04:00)

Polşada əyri-üyrü ticarət mərkəzi

0

Polşanın Sopot şəhərindəki ticarət mərkəzi yalnız alıcıları deyil, xarici turistləri də cəlb edir.

 

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, xüsusi zahiri görkəmi ilə seçilən binada bir düz xətt belə yoxdur.

 

“Əyri ev” polşalı memarların layihəsi əsasında tikilib. Onun sahəsi 4 min kvadrat metr təşkil edir. Burada kiçik mağaza, kafe və restoranlar yerləşib. Binanın 1-ci mərtəbəsində ticarət mərkəzi, 2-ci mərtəbəsində isə iki radio şirkətin ofisləri fəaliyyət göstərir.

 

Mütəxəssislərin fikrincə, “əyri ev” müasir memarlığın yeni istiqamətlərindən biridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar