Polşada “sükut günü” başladı
09 may 2015 02:43 (UTC +04:00)

Polşada “sükut günü” başladı

Polşada prezident seçkiləri ilə əlaqədar “sükut günü” başlayıb, namizədlərin seçicilərin qərarına təsir edəcək hər hansı təbliğat fəaliyyətinə qadağa qoyulub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, seçkilərdə 11 namizəd prezidentlik kürsüsü uğrunda mübarizə aparacaq.

 

Sorğulara əsasən, seçkilərdə qalib gəlməyə əsas namizədlər ölkənin hazırkı prezidenti Bronislav Komorovski və “Qanun və ədalət” partiyasının lideri Ancey Dudadır.

 

Seçkilərdə namizədlərdən heç biri 50 faizdən çox səs toplamasa, mayın 24-də səsvermənin ikinci turu baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 116
avatar

Oxşar yazılar