Polşa prezidenti Mustafa Cəmiloğluna mükafat verəcək
07 may 2014 17:58 (UTC +04:00)

Polşa prezidenti Mustafa Cəmiloğluna mükafat verəcək

Krım tatarlarının lideri, Ukrayna Ali Radasının üzvü Mustafa Abdulcəmil Krımoğlu Polşa prezidenti tərəfindən mükafatlandırılacaq.


 

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, Polşa prezidenti Bronislav Komorovski iyun ayında M. A. Krımoğluna Polşa dövlətinin “Həmrəylik Mükafatı”nı təqdim edəcək. İyun ayında keçiriləcək mərasimə ABŞ prezidenti Barak Obamanın da qatılacağı bildirilir. 

 

Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib ki, Mustafa Abdulcəmil Krımoğlu illərdir Ukraynada vətəndaş hüquqları və demokratiya uğrunda mübarizə aparır: “O, öz demokratik düşüncələrini hələ dissident olduğu və 10 ilə yaxın islah-əmək düşərgələrində qaldığı sovet dövründə təsdiqləyib”.   

 

Həmrəylik Mükafatı üç elementdən ibarətdir. Mükafat laureata 250 min avro, dəstəklədiyi layihələrə 750 min avro və Polşaya səfərinə 50 min avro pul ayrılmasını nəzərdə tutur. Mükafat Polşada ilk demokratik parlament seçkilərinin keçirilməsinin 25-ci ildönümü münasibətilə təsis olunub və demokratiyanın inkişafında xidmətləri olan şəxslərə verilir. Bundan əvvəl Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton, İsveçin xarici işlər naziri Karl Bildt, Polşanın sabiq xarici işlər nazirləri Vladislav Bartoşevski, Adam Rotfeld və Birma müxalifətinin nümayəndəsi Aun San Su Çji bu mükafatın laureatları olublar. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 483
avatar

Oxşar yazılar