Argentinanın San-Luis əyalətinin Nasçel şəhərindəki diskotekada polis üç nəfəri güllələyib.
Lent.az-ın «Frans press»-ə istinadən məlumatına görə, yerli polis bildirib ki, martın 15-də gecə saatlarında hüquq-mühafizəçiləri kluba daxil olaraq, nizamsız atəş açıblar. Həmin vaxt klubda çoxlu gənc olub.
Şəhər valisi Markos Berlotun sözlərinə görə, polis diskotekaya xanımı ilə birlikdə gedib. Alkoqolun təsirindən keflənən polis öz tapançası ilə yerli polis komissarını güllələyib. Vali bildirib ki, o, atəş açaraq, daha iki nəfərə öldürüb, 16 nəfəri yaralayıb. Atəş açdıqdan sonra o, qaçıb gizlənmək istəsə də polislər tərəfindən zərərsizləşdirilib.
Cinayətin başvermə səbəbi araşdırılır. Əyalətdə üç gün matəm elan edilib.