Polis dəyəri 150 min avro olan oğurlanmış göyərçini axtarır
0
0
Almaniyada polis oğurlanmış göyərçini axtarır. Göyərçini tutan adamı isə 10 min avro (12.500 dollar) mükafat gözləyir.
Musavat.com-un “The Associated Press”-ə istinadən verdiyi xəbərə görə, Duseldorf polisi çərşənbə axşamı bəyan edib ki, 6 yaşlı erkək göyərçinin kod adı AS 969-dur. O, şənbə günü gecə şəhər kənarındakı ağzıbağlı quşxanadan oğurlanıb.
Polis bildirib ki, göyərçin parlaq boz rəngdədir. Göyərçinin sahibi hesab edir ki, quşun real dəyəri 150 min avrodur. (184 min dollar)
Polis əmindir ki, oğru və ya oğrular həmin quşun nə qədər dəyərli olmasından xəbərdar olublar. Çünki quşxanada onlarla göyərçin olsa da, onlar məhz parlaq boz erkək göyərçini özləri ilə aparıblar.
Agentlik bildirir ki, bu göyərçin poçt xidməti göstərmək bacarığı ilə digər quşlardan kəskin şəkildə seçilirmiş.
0
0