Polis azərbaycanlı biznesmendən 1 milyon dollar tələb edib
04 may 2014 11:45 (UTC +04:00)

Polis azərbaycanlı biznesmendən 1 milyon dollar tələb edib

Türkiyədə məlum rüşvət əməliyyatları zamanı həbs edilən, lakin qısa müddət sonra sərbəst buraxılan azərbaycanlı iş adamı Rza Zərrab İstanbulda polis rəisi işləyən şəxsin ondan 1 milyon dollar tələb etdiyini bildirib. Lent.az-ın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, hələ həbsdə olarkən ifadə verən iş adamı Orxan İncə adlı polis rəisinin keçən ilin avqust ayından onu təhdid etdiyini bildirib. Zərrab qeyd edib ki, Orxan İncə ilə İstanbulda - Qapalı Çarşı adlanan ərazidə tanış olub. Daha sonra polis rəisi iş adamını müxtəlif yollarla tədid edərək ondan külli miqdarda pul tələb edib. Zərrab qeyd edib ki, Orxan İncənin adamları onun ofisinə gələrək 1 milyon dollar tələb ediblər. Lakin biznesmen pulu verməkdən imtina edib.

 

Qeyd edək ki, məlum olaylardan sonra Orxan İncə haqqında da araşdırmalar başlanılıb. Onun barəsində hazırlanan araşdırma hesabatı prokurorluğa göndərilib. Hesabatda İncənin korrupsiyaya qarışdığı, vəzifəsindən sui-istifadə etdiyi qeyd edilib. 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3099
avatar

Oxşar yazılar