Planetin ən yaşlı insanı öldü
19 iyun 2015 03:45 (UTC +04:00)

Planetin ən yaşlı insanı öldü

0

Dünyanın ən yaşlı insanı qəbul edilən şəxs həyata gözlərini əbədi olaraq yumub.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, planetin ən yaşlı insanı hesab edilən ABŞ-lı Jeralin Talli 116 yaşında dünyasını dəyişib.

 

Ötən ay Miçiqandakı evində 116 yaşını qeyd edən Tallinin ağciyərində yaranan narahatlıqlar səbəbilə müalicə olunduğu xəstəxanada vəfat edib.

 

1899-cu ildə Montros şəhərində dünyaya göz açan Talli 1930-cu ildən etibarən Miçiqana yerləşib. Onun həyat yoldaşı isə 1988-ci ildə 95 yaşında həyatla vidalaşıb.

 

Qeyd edək ki, indiyə qədər ömür müddəti ilə Ginnesin Dünya Rekordları kitabına düşən insan isə fransalı qadın Jan Luiz Kalmandır. O, 1997-ci ildə dünyasını dəyişəndə 122 yaşında idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar