Tarixi körpü uçdu
02 fevral 2015 12:19 (UTC +04:00)

Tarixi körpü uçdu

Osmanlı İmperyasının Avropada tikdirdiyi ən böyük tək aşırımlı körpü hesab olunan Plaka körpüsü şiddətli selə tab gətirəməyərək aşıb.

 

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, tək aşırımlı körpü 1866-cı ildə sultan Əbdüləzizin göstərişi ilə Yunanıstanda inşa edilib. Körpünün uçmasına səbəb bir neçə gün bundan əvvəl Avropa ölkələrində qeydə alınan sərt hava şəraiti göstərilir.

 

Yunanıstanın baş naziri Aleksis Çipras açıqlamasında bildirib ki, tarixi abidənin uçmasına təəssüf edir.

 

Xatırladaq ki, Plaka körpüsü tikildiyi tarixdən indiyə kimi restovrasiya olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 237
avatar

Oxşar yazılar