PKK terrorçularının növbəti hücumu: 1 şəhid,, 2 yaralı
27 avqust 2015 22:26 (UTC +04:00)

PKK terrorçularının növbəti hücumu: 1 şəhid,, 2 yaralı

0

PKK terrorçularının Diyarbəkir-Bingöl yolunda təhlükəsizliyi təmin edən hərbçilərə hücumu nəticəsində 1 hərbçi həlak olub, 2-si isə yaralanıb.

 

Məlumata görə, terrorçular Lice rayonunun Fisovası yaşayış məntəqəsinin yaxınlığındakı nəzarət postunda avtomobillərə baxış keçirən hərbçilərə hücum edib. PKK silahlıları raket və iriçaplı silahlardan hərbçilərin olduğu avtomobilləri atəşə tutub. Nəticədə 1 hərbçi şəhid olub, 2 əsgər yaralanıb.

 

 

Yaralanan hərbçilər helikopterlə  xəstəxanaya çatdırılıb.

 

Terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 279

Oxşar yazılar