PKK terrorçuları uşağı öldürdü
30 avqust 2015 15:39 (UTC +04:00)

PKK terrorçuları uşağı öldürdü

0

Türkiyədə terror hadisələri səngimək bilmir. 

 

Lent.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu dəfə Diyarbakırın Silvan mahalında terror aktı qeydə alınıb. 

PKK-çılar Böyük Çeşme prospektinə əvvəlcədən yerləşdirdikləri bombanı işə salıb. Hadisə zamanı adı hələlik məlum olmayan bir uşaq dünyasını dəyişib. 

Uşağın cəsədi Silvan Dövlət Xəstəxanasına aparılıb. 

Partlayış səbəbiylə bir evin bağçasının divarı sökülüb,  yola ciddi ziyan dəyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 385

Oxşar yazılar