PKK terrorçuları Qarsda qatarı partlatmağa cəhd ediblər
30 iyul 2015 19:38 (UTC +04:00)

PKK terrorçuları Qarsda qatarı partlatmağa cəhd ediblər

Bu gün Türkiyənin Ərzurum şəhərindən Qarsa gedən yük qatarı Köhnə Soğanlı stansiyasına girən zaman PKK terrorçuları tərəfindən relslərə qoyulan bomba işə düşüb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, partlayış qatar stansiyadan keçdikdən sonra baş verdiyindən vaqonlara ciddi ziyan dəyməyib.

 

Lakin dəmiryol xətti sıradan çıxıb.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 279
avatar

Oxşar yazılar