PKK terrorçuları dünən Mardində oğurladığı 3 jurnalisti sərbəst buraxıb. Lent.az xəbər verir ki, bu barədə jurnalistlərin əməkdaşı olduğu "Anadolu" agentliyi məlumat yayıb.
Sərbəxt buraxılan media əməkdaşlarının səhhətləri ilə bağlı problemin olmadığı bildirilib.
xxxx
14:34
Türkiyədə terrorçular 3 jurnalisti oğurlayıb. Lent.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, PKK terrorçuları bu agentliyin Mardinin Nusaybin rayonuna ezam edilmiş 3 əməkdaşını qaçırıb.
“Anadolu” agentliyinin müharibə şəraitində işləmək üzrə ixisaslaşmış müxbiri Rauf Maltaş, fotomüxbir Onur Çoban və operator Kənan Yaşılyurd dünən axşam naməlum istiqamətə aparılıb. Terrorçular bəyan edib ki, jurnalist heyəti onların nəzarətindəki ərazidə icazəsiz çəkiliş apardığına görə “saxlanılıb”.
Qeyd edək ki, oğurlanmış jurnalistlər daha əvvəl Əfqanıstan, Misir, Liviya, Tunis, Yəmən və Suriyadakı qaynar nöqtələrdən reportajlar hazırlayıb.
Hazırda onların tapılaraq xilas edilməsi istiqamətində iş aparılır.