PKK silahlı dəstələrini yenidən Türkiyəyə göndərdi
11 oktyabr 2014 15:26 (UTC +04:00)

PKK silahlı dəstələrini yenidən Türkiyəyə göndərdi

0
 PKK-nın da daxil olduğu “Kürdüstan Cəmiyyətləri Birliyi” adlanan (kürdcə: Koma Civaken Kürdistan - KCK) təşkilatın rəhbəri Cəmil Bayık Türkiyədən çıxardıqları silahlı dəstələrini yenidən geri göndərdiklərini açıqlayıb.

 

APA-nın xəbərinə görə, C. Bayık bunu Almaniyanın dövlət televiziyası ARD-yə müsahibəsində bildirib. O, “silahlı dəstələrimizi yenidən Türkiyəyə göndərdik”, deyib.

 

C. Bayık bəyan edib ki, Türkiyədə keçirilən kütləvi etirazlarda kürdlər ölməyə davam edərsə, PKK yenidən silahlı mübarizəyə başlayacaq: “Belə davam edərsə, xalqımızı qorumaq üçün yenidən savaşacağıq. Bizim əsas vəzifəmiz xalqımızı qorumaqdır”.

 

Qeyd edək ki, PKK terror təşkilatının qərargahı İraqın şimalındakı Kandil dağında yerləşir. Artıq 2 ildir ki, Türkiyə hökuməti kürd probleminin həlli üçün PKK-nın həbsdəki lideri Abdulla Öcalanla gizli danışıqlar aparır. PKK problemin həllinə töhfə vermək üçün qüvvələrinin müəyyən hissəsini Türkiyə ərazisindən çıxardığını və silahlı hücumları dayandırdığını açıqlamışdı. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1768

Oxşar yazılar