PKK polis bölməsinə silahlı hücum etdi
17 avqust 2015 10:22 (UTC +04:00)

PKK polis bölməsinə silahlı hücum etdi

0

Türkiyədə PKK terrorçuları daha bir silahlı insident törədib. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Diyarbakır şəhərinin Silvan qəsəbəsində PKK-çılar polis bölməsinə iriçaplı silahlarla atəş açıblar.  Polisin cavab atəşindən sonra terroristlər hadisə yerindən qaçıblar. Bu zaman polis bölməsinin qarşısından keçən yük maşınından şübhələnən hüquq-mühafizə orqanın əməkdaşları TIR-a “dayan” əmri verib.

 

Əmri yerinə yetirməyən sürücü qaçmaq istəyərkən polis tərəfindən həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar