İstanbulda Qaçaqmalçılığa qarşı Mübarizə İdarəsinin əməkdaşları Pablo Pikassonun “Saçını darıyan çılpaq qadın” əsərini satmağa çalışan beynəlxalq cinayətkar qrupu ələ keçirib. Lent.az-ın Vesti.ru-ya istinadən məlumatına görə, hüquq mühafizə orqanının əməkdaşları özlərini cinayətkarlara alıcı kimi təqdim ediblər və onları iş başında yaxalayıblar.
Qeyd edək ki, kətanın 75-dən çox yaşı var. O, kolleksiyaçının evindən oğurlanmışdı. Quldurlar onu endirimlə 8 milyon dollara satmağı düşünürlərmiş.