Peterburqda həkimlər müddətsiz aclığa başlayıb
26 mart 2014 03:10 (UTC +04:00)

Peterburqda həkimlər müddətsiz aclığa başlayıb

0

Sankt-Peterburqda Böyük Pyotr klinikasının 8 həkim və tibb bacısı müddətsiz aclıq aksiyası elan edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onlar əmək haqqının azlığına etiraz olaraq, aksiya keçirir.

 

 

Yerli KİV müsahibədə xəstəxana əməkdaşları bildirib ki, həkim-anestezioloqun aylıq maaş 16 min rubl (təxminən 500 manat), tibb bacısınınkı isə 10 min rubldan bir az artıqdır.

 

Bu Peterburqdakı başqa xəstəxanaların əməkdaşlarının aldığı maaşdan bir neçə dəfə azdır.

 

Pyotr adın klinika şəhər deyil, federal büdcədən maliyyələşir.

 

Matın 12-də təşəbbüs qrupu  ölkə prezidenti Vladimir Putinə klinikanın yoxsul vəziyyəti ilə bağlı məktub göndərib.

 

 

Klinika Meçnikov adına Dövlət Tibb Universitetinin müalicə bazasıdır. Universitet rəhbərliyi məsələni şərh etməkdən imtina edib.

 

Aclıq aksiyası artıq üçüncü gündür davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 709

Oxşar yazılar