Perudan ABŞ-a saxta dollar keçirməyə cəhd göstərilib
16 may 2014 06:50 (UTC +04:00)

Perudan ABŞ-a saxta dollar keçirməyə cəhd göstərilib

Perulu saxta pul kəsənlər dünyada məşhur uşaq nağılları kitablarının arasında ABŞ-a 70 min dollardan artıq qəlp pul ötürməyə cəhd göstəriblər.

 

Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, Perunun paytaxtı Limada gömrkü xidməti “Qırmızı papaq”, “Çəkməli pişik” kimi kitabların arasında Nyu-Yorka saxta pul keçirilməyə cəhd göstərildiyini qeydə alıb. Araşdırma nəticəsində həmin “əskinas”ların saxta olduğu aşkarlanıb.

 

Mənbə xatırladıb ki, bu həftə polis paytaxtın iki müəssisəsində 2 milyona yaxın saxta dollar və onun çapında istifadə olunan texnika müsadirə edib.

 

Peru dünyada ən çox qəlp pul çap olunan dövlətlərdəndir.

  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 507
avatar

Oxşar yazılar