Pentaqonun kompyuter sistemi Rusiyalı hakerlər qırdı
07 avqust 2015 05:29 (UTC +04:00)

Pentaqonun kompyuter sistemi Rusiyalı hakerlər qırdı

0

Pentaqonun kompyuter sistemi Rusiyalı hakerlərin “mürəkkəb kiber hücumu”na məruz qalıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə NBC News telekanalı məlumat yayıb.  Məlumata görə, iyulun 25-də törədilmiş kiber hücum barədə ABŞ hakimiyyətindən bildirilib.  

 

Məlumata əsasən,  hakerlər məxfiləşdirilməmiş elektron məktubların mübadiləsi sistemini qıraraq Pentaqonun 4 mindən çox əməkdaşının məlumat bazasına daxil olublar.

 

Bundan əvvəl rusiyalı hakerlərin Twitter-də yayılmış virus vasitəsilə Ağ Evin  kompyuter şəbəkəsinə daxil olduğu  barədə məlumat yayılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar