Pentaqondan Rusiyaya etiraz
11 sentyabr 2015 03:01 (UTC +04:00)

Pentaqondan Rusiyaya etiraz

0

ABŞ Suriyadakı münaqişənin siyasi həllinin tərəfdarıdır, lakin Bəşər Əsəd rejiminə hərbi dəstək daxil olmaqla göstərilən yardımın qeyri-səmərəli olduğunu hesab edir.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat katibi Piter Kuk Rusiyanın Suriyaya hərbi yardım göstərməsini şərh edərkən deyib.   

 

“Suriyadakı münaqişənin siyasi həlli olmalıdır... Biz Rusiyanın Suriyada müsbət rol oynayacağına ümid edirik. Lakin  Bəşər Əsəd rejiminə göstərilən yardım qeyri-səmərəli olacaq”, deyə Kuk brifinqdə bildirib.  

 

 Kuk qeyd edib ki, ABŞ vəziyyəti diqqətdə saxlayır, lakin müdafiə naziri Eşton Karter məsələni hələlik Rusiya tərəfi ilə müzakirə etməyib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar