Pentaqon İŞİD-lə mübarizəyə aviadaşıyıcı göndərir
18 noyabr 2015 06:36 (UTC +04:00)

Pentaqon İŞİD-lə mübarizəyə aviadaşıyıcı göndərir

0

ABŞ-a məxsus “USS Harry S. Truman”   aviadaşıyıcı gəmisi İŞİD-lə mübarizədə iştirak etmək üçün Yaxın Şərqə yollanır. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Defence News” nəşri məlumat yayıb.

 

Gəminin dekabrın ortalarında Fars körfəzinə çatacağı gözlənilir. Pentaqonda hazırda gəminin Aralıq dənizinin şərqinə dislokasiya edilərək terrorçuların mövqelərinə zərbələr endirilməsi  məsələsi nəzərdən keçirilir.     

 

Pentaqondakı mənbə aviadaşıyıcı gəminin bölgədə bir neçə gün qalacağı ehtimal edib.

 

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Aralıq dənizindəki sualtı qayığı İŞİD mövqelərinə zərbələr endirib.  Həmçinin Fransaya məxsus “Şarl de Qol” aviadaşıyıcı gəmisinin də terrorçuların mövqelərinə zərbələr endirmək məqsədilə Aralıq dənizinə göndərildiyi bildirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 458

Oxşar yazılar